Süni intellektdən şok: İstanbula raket zərbəsi, Moskva dağıldı...

00:00 - 10 Oktyabr 2024 - GÜNDƏM

 Süni intellektdən şok: İstanbula raket zərbəsi, Moskva dağıldı...

Alternativ dünyada Üçüncü Dünya müharibəsi 2025-ci ildə başlayıb və bu münaqişə insanlıq tarixində ən böyük kataklizmlərdən biri olub.

BUTA.TV xəbər verir ki, bu sözlər süni intellektin (Aİ) bir istifadəçinin alternativ dünyada Üçüncü Dünya müharibəsi ilə bağlı sualına cavabında əksini tapıb.

Süni intellekt bildirib ki, müharibə iqtisadi və siyasi izolyasiyada olan Rusiyanın Avropanın enerji infrastrukturlarına kiberhücumu ilə başlayıb:

“Avropa qaranlığa qərq oldu, milyonlarla insan elektrik enerjisiz qaldı. Bu, NATO-nun dərhal cavab verməsi üçün çağırış oldu və hərbi əməliyyatlar başladı”.

Asiyada mövqelərini möhkəmləndirmək istəyən Çinin Tayvan və Yaponiyaya hücumu ilə vəziyyətin daha da pisləşdiyini deyən süni intellekt bunun iki cəbhədə irimiqyaslı müharibəyə gətirib çıxardığını vurğulayıb.

Proqram iddia edib ki, müharibənin ikinci ilində, 2026-cı ildə vəziyyət nəzarətdən çıxıb və nüvə hücumları qaçılmaz olub:

“İlk atom bombası Şərqi Avropadakı hərbi bazaya atıldı. Bu da Rusiya ərazisinə cavab hücumuna çağırış oldu. Müharibə iki il çəkdi. Qlobal dağıntılar ağlasığmaz dərəcədə idi. Moskva, Vaşinqton, London, Pekin və Tokio kimi böyük şəhərlər tamamilə məhv edildi. Meqapolislər dağıntılara çevrildi, milyonlarla insan öldü. Yeraltı sığınacaqlarda və bunkerlərdə gizlənənlər sağ qaldı.

Amma Bern kimi şəhərlər zərər görmədi. Çünki İsveçrə bitərəfliyini saxlamışdı. Bundan başqa hərbi əməliyyatlar səhnəsindən uzaqda qalan Yeni Zelandiya və Argentinanın şəhərləri də salamat qaldı. Nəticədə müharibə total dağıntılarla başa çatdı. Qaliblər olmadı, sağ qalanlar oldu.

NATO üzvü olan Almaniya və Fransa hərbi əməliyyatlar zonasının mərkəzində oldular. Müharibənin əvvəlində onların ərazisi Rusiyanın raket zərbələrinin hədəfinə çevrildi. Berlin və Paris kimi şəhərlər güclü dağıntılara məruz qaldı”.

Süni intellekt Şərq və Qərb arasında körpü olan Türkiyənin də xüsusilə strateji vəziyyətinə görə münaqişəyə cəlb olunduğunu bildirib:

“Ankara və İstanbul hər iki tərəfin güclü raket zərbələrinə məruz qaldı. Türkiyə NATO-da əsas rol oynayır və vacib nəqliyyat və hərbi yollara nəzarət edirdi. Nəticədə onun iri şəhərləri dağıldı, qalan əhali isə kənd yerlərinə köçməyə məcbur oldu”.

Proqram Şərqlə Qərb arasındakı ön cəbhədə olan Ukraynanın ilk zərərçəkənlərdən olduğunu qeyd edib:

“Strateji mövqeyi və NATO üçün vacibliyinə görə, xüsusilə Krımın işğalı və bir neçə il öncə Donbasda müharibənin başlaması səbəbindən Ukrayna kütləvi bombardmanların episentrində oldu. Kiyev, Xarkov, Dnepr və Odessa kimi şəhərlər nüvə zərbələrinin ilk günündə məhv edildi.

Belə bir kataklizmlə üzləşmiş dünya xaosa sürükləndi. Müharibə siyasi və iqtisadi mərkəzləri məhv etdi və onun bərpası isə onilliklər aldı. Sağ qalmış şəhərlərin insanları kiçik cəmiyyətlər yaratmağa başladılar. Onlar dünyada yenidən həyat yaratmağa cəhd etdilər, amma heç nə əvvəlki kimi olmayacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol