Oktyabrın 8-də Moskvada Azərbaycan nümayəndə heyətinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko arasında işgüzar görüş keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin Teleqram kanalı məlumat yayıb.
Görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən cari regional məsələlər müzakirə edilib.
“3+3” formatında, Azərbaycan-Rusiya-İran üçlü formatında əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS ilə qarşılıqlı fəaliyyəti və digər məsələlərə xüsusi diqqət yetirilib.
Hikmət Hacıyev Rusiya XİN başçısının müavininə Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesinin gedişi barədə məlumat verərək, Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılması üçün Ermənistanın qanunvericiliyində mütləq dəyişiklik edilməsinin zəruriliyinə diqqət çəkib.
Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya XİN-in 2-ci Asiya Departamentinin direktor müavini M. Baranov iştirak ediblər.
- Bulud dağıdan toplardan niyə istifadə etmirik?
- 2198 müəllim bu sadə suala cavab verə bilmədi - Foto
- Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir
- Bu prospektin kəsişməsində yeni işıqforlar quraşdırılır
- Sabirabadda əməliyyat: saxlanılanlar var - Foto
- Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər...
- “Azercell”in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- Bakının 2 rayonunda qaz olmayacaq