Qərb Cənubi Qafqaz regionunda sülhün qarşısını almaq üçün Ermənistanı dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bunu Moskvada azərbaycanlı jurnalistlərə rusiyalı politoloq İqor Korotçenko deyib.
"Ermənistanın ABŞ və Fransadan hərbi-texniki dəstəyinə gəlincə, onlar öz milli maraqlarını qoruyurlar. Vaşinqtona, Parisə və Brüsselə dinc, sakit Cənubi Qafqaz lazım deyil. Onlar Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istərdilər. Buna görə də Paşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstək alır. Ermənistan əzələlərini gücləndirir. Onlar bunu bir məqsədlə edirlər: Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasının qarşısını almaq. Çünki Cənubi Qafqaz ilk növbədə nəqliyyat dəhlizləri və enerji resurslarıdır. Ermənistan qeyri-sabitlik mənbəyi olan Troya atı rolunu oynasaydı, Qərb üçün yaxşı olardı", - İ.Korotçenko qeyd edib.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir