Ruandada Marburq virusunun ilk halları təsdiqləndikdən sonra dünyanı potensial olaraq epidemiyanın yayılma təhlükəsi gözləyir.
BUTA.TV-ın Trend-ə istindən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə xəbərdarlıq edib. Ebola virusu ilə eyni ailəyə aid olan Marburq virusu, insanlarda ağır hemorragik qızdırmaya səbəb ola bilər.
Hal-hazırda 27-dən çox yoluxma və doqquz ölüm hadisəsi qeydə alınıb. ÜST bu epidemiyanın riskini milli səviyyədə çox yüksək, regional səviyyədə yüksək, qlobal səviyyədə isə aşağı kimi qiymətləndirir.
Hazırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb. Marburq virusu infeksiyası halların 88%-ində ölümcül nəticələnir.
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi