ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Çin, İran və Şimali Koreyada məlumat verənləri işə götürmək üçün yeni bir kampaniyaya başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə MKİ sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, rusları da işə götürmək uğurlu alınıb.
Belə ki, kəşfiyyat agentliyi sosial media hesablarında agentliklə təhlükəsiz əlaqə saxlamaq üçün Çin, Fars və Koreya dillərində təlimatlar yerləşdirib:
“Bizim bu cəbhədəki səylərimiz Rusiyada uğurlu oldu və biz əmin olmaq istəyirik ki, digər avtoritar rejimlərdəki insanlar bizim "biznes" üçün açıq olduğumuzu bilsinlər".
Yutubda yerləşdirilən, yalnız yazılı təlimatları ehtiva edən çin dilli video sözügedən ölkələrdəki insanlara təhlükəsiz, şifrələnmiş virtual şəxsi şəbəkələrdən (VPN) və ya TOR şəbəkəsindən istifadə edərək MKİ-nin rəsmi saytı vasitəsilə əlaqə saxlamağı tövsiyə edir.
- Ali məktəblərə qəbul imtahanının II mərhələsinə qeydiyyat...
- Azərbaycan Ermənistandan mal idxal etməyə başlaydı
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Ordubadda qaya uçqunu oldu
- Şəmkirdə kişini elektrik cərəyanı vuraraq öldürdü
- Qatarlar arasında interval niyə 8 dəqiqəni keçib?
- Bu endirim kampaniyasında qiymətlər danışacaq - Foto
- Zakir Fərəcov idarə rəisini vəzifəsindən azad etdi