Dünən Livanda İsrailin kiberhücumu nəticəsində baş verən partlayışlarla eyni anda Moskvada da bir nəfərin smartfonu partlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, “Honor 70” telefonunun partlayışı nəticəsində bir nəfər əlindən yaralanıb.
Aparılan araşdırma nəticəsində məlum olub ki, telefonun partlamasına səbəb akkumulyatorunun qızması olub.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS döyüşçüləri aktiv şəkildə “Huavey” və “Honor” markalı smartfonlardan istifadə ediblər. İsrail xüsusi xidmət orqanları xüsusi qoruma sistemləri olduqları üçün həmin telefonları sındıra bilmədiklərini etiraf etmişdi.
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?