Təbii ki, Ermənistan-Türkiyə dialoqu qardaş Azərbaycanın maraqlarına uyğun aparılmalıdır.
BUTA.TV Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Fatih Çekirgenin “Hürriyyət” qəzetində dərc olunan məqaləsində deyilir.
Məqalənin müəllifi Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyanın iki ölkənin dövlət sərhədində bu yaxınlarda keçirdikləri görüşdən yazır və bu kontekstdə vurğulayır ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması iki ölkənin mövqeyinə zidd olmamalı, həmçinin regiona və xalqların rifahına töhfə verməlidir.
Yazıda Türkiyə və Ermənistan sakinlərinin iştirakı ilə bu gün, sentyabrın 8-də Akdamar adasındakı kilsədə baş tutacaq sayca 12-ci ibadət mərasiminə diqqət çəkilir. Müəllif 1950-ci il hadisələrini xatırladır. Həmin vaxt türk jurnalisti Yaşar Kamal Van gölündəki kilsənin sökülməsi qərarının nəzərdən keçirilməsinə nail ola bilmişdi.
“Ümidvaram ki, düşmənçilikdən əl çəkmək və uzunmüddətli sülhə yaxınlaşmaq naminə Akdamar kilsəsində yenidən dualar oxunacaq və son dövrdə baş verən proseslər bölgədə münasibətlərin normallaşmasına töhfə verəcək” –deyə Çekirge qeyd edir.
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb