Sosial şəbəkələrdə səkinin zəbt edilməsi hesabına Nərimanov rayonu Təbriz küçəsindəki yaşayış binasının qarşısında parklanma yerinin yaradılması ilə bağlı məlumatlar yayılıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, məlumatda sakinlərin hələ ilin əvvəlində aidiyyəti orqanlara sözügedən ünvanda ağacların əkilməsi və səkinin yenidən qurulması ilə bağlı müraciət etdiyi bildirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı məlumat yayaraq ərazidə monitorinq keçirildiyini açıqlayıb.
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəriman Nərimanov rayonu, Təbriz küçəsində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.
Baxış zamanı müəyyən edilib ki, sözügedən ünvanda parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayıb. Aşkar edilmiş faktla əlaqədar Baş İdarə tərəfindən səkilərin dərhal bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə verilməsinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilib”, - məlumatda qeyd olunub.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov