Neftin bir barreli 40 dollara başa gələcəksə, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.
"Görəcəyim işlərdən biri odur ki, qalib gəlsək, vəzifəyə başlamazdan əvvəl prezident seçiləndə bu müharibəni həll edə biləcəyimə inanıram. Mən bu müharibəni həll edib dayandıra bilərəm, çünki bu, dəhşətli müharibədir. Və Ukraynada daha çox insan ölür - təsəvvür etdiyinizdən də çox insan", - Tramp bildirib.
O qeyd edib ki, Putinin müharibəsi neftin bir barreli 100 dollar olanda gedir, barreli 40 dollar olsa, müharibə dayanacaq.
Seçkilərdə qalib gələcəyi təqdirdə həyata keçirəcəyi enerji siyasətini şərh edən Tramp enerji qiymətlərini kəskin şəkildə aşağı salmaq niyyətində olduğunu açıqlayıb.
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır