PUA-larımız artıq bu məsafədəki hədəfləri vura bilir - Budanov

14:44 - 7 Sentyabr 2024 - GÜNDƏM

 PUA-larımız artıq bu məsafədəki hədəfləri vura bilir - Budanov

Ukraynalı mütəxəssislərin üzərində işlədiyi pilotsuz sistemlər artıq 1800 km-ə qədər məsafədə işğalçı dövlətin hərbi hədəflərini vura biləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov sosial şəbəkə hesabından yazıb.

Budanov qeyd edib ki, bu il hərbi kəşfiyyatçıların uğurlu fəaliyyəti sayəsində Ukrayna Qara dənizin Rusiyaya aid olmadığını dünyaya sübut edib.

“Baş Kəşfiyyat İdarəsinin kibermütəxəssisləri il ərzində onlarla uğurlu əməliyyatlar həyata keçirib, Ukrayna üçün dəyərli məlumatlar əldə ediblər, Ruisya hökumətinin məlumat bazalarına nüfuz edib, rabitə zəifliklərini aşkar ediblər”, - deyə o qeyd edib.

Budanov vurğulayıb ki, bu, hazırda Ukrayna hərbi kəşfiyyatının ixtiyarında olan Rusiyanın hərbi-siyasi komandanlığının fəaliyyəti haqqında yeganə məlumat mənbəyi deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol