Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması üçün səylərimiz davam edir.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Burns və Britaniya Xarici Kəşfiyyat Xidmətinin (MI6) direktoru Riçard Mur birgə mətbuata açıqlamasında bildiriblər.
Burns və Mur Qəzzada gərginliyin azaldılması istiqamətində irəliləyiş əldə etmək üçün kəşfiyyat kanallarından istifadə edildiyini açıqlayıb.
"Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi məsələsində razılaşma əldə olunması üçün fasiləsiz işləyirik. Bu razılaşma fələstinli mülki əhalinin iztirablarına son qoyacaq. Razılaşma oktyabrın 7-dən Qəzzada saxlanılan israilli məhbusların da evlərinə qayıtmasına imkan verəcək",- hər iki kəşfiyyat rəsmisi deyib.
- Bakıda qənnadı müəssisəsinin fəaliyyəti dayandırıldı - Foto
- Bakıda bir evi soyan 4 nəfər saxlanıldı
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı
- “İdrak”da müəllimi güllələyən şagird haqda bu xəbər təkzib edildi
- Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? - Video
- Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
- Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi