"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.
Xatırladaq ki, H.Babalı ötən il dekabrın 13-də saxlanılıb. Dekabrın 14-də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
- Hərbi vəzifəlilərlə təlim toplanışı başladı
- “İdrak”da müəllimi güllələyən şagird haqda bu xəbər təkzib edildi
- Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir? - Video
- Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirdi
- Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
- Ucarda yeniyetmə qız uşaq dünyaya gətirdi
- Hüseyn yalandan toy xəbərini yaydı - VİDEO
- “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı