Ukrayna silahlı qüvvələri bütün kəmiyyət göstəricilərinə görə Rusiya ordusundan geridədir və çağırışçılar istədiyimizdən daha az təlim alırlar.
BUTA.TV xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski deyib.
"Düşmənin aviasiyada, raketlərdə, artilleriyada, sursatın miqdarında, təbii ki, şəxsi heyətdə, tanklarda, piyadaların döyüş maşınlarında üstünlüyü var",- o bildirib.
Sırskinin fikrincə, bu vəziyyət Ukraynanı müharibə aparmaqda daha ağıllı və effektiv olmağa vadar edir:
"Biz onlar kimi döyüşə bilmərik, ona görə də, ilk növbədə, ərazi xüsusiyyətlərindən, mühəndis konstruksiyalarından, öz güc və vasitələrimizdən maksimum istifadə etməliyik".
- FHN ASAN Xidmətdə mülki müdafiə məşqi keçirdi - Video
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi