Türkiyənin reytinqli “Qurdlar Vadisi” serialı ilə bağlı fakt 21 ildən sonra üzə çıxıb.
BUTA.TV Publika.az xəbər verir ki, serialda iz qoyan Elif Eylül obrazına həyat verən məşhur aktrisa Özgü Namaldan əvvəl bu rol üçün başqasının düşünüldüyü bəlli olub.
Bildirilir ki, təklif əvvəlcə jurnalist Oylum Taluya gedib.
Talu bir proqramda “Serialın prodüseri Osman Sınavla görüşməyə getdik. Mənə Elif rolunu təklif etdilər, dedilər ki, jurnalist olacam. O vaxt təklifi rədd etdim, lakin sonradan çox peşman oldum" deyib.
Eyni zamanda Necati Şaşmazın oynadığı baş rola isə əvvəl “Çılgın Bediş” serialında Oktay obrazı ilə tanınan Cenk Toruna təklif edildiyi öyrənilib.
O da 2013-cü ildə verdiyi müsahibədə hərbi xidmətə getməzdən əvvəl "Polad Ələmdar" obrazını canlandırmaq təklifi aldığını, lakin qəbul etmədiyini bildirib.
Aktyor bu təklifdən imtina etməsini “Həyatımın səhvi, ən böyük peşmanlığım” kimi qiymətləndirib.
- Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqlədi
- Barat Yusubov işdən çıxarılır: həbs edilir – Milyonlar necə yeyilib?
- Onların əmlaklarının sığortasında nöqsanlar aşkarlandı
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı