“Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nı təsdiq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla sosial ödənişlərin proaktiv təyinatı MEİS-yə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən MEİS-nin “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində aparılacaq.
Eyni zamanda “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nı ləğv edilib.
- “Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi
- Qarabağa getmək istəyənlərin nəzərinə!
- Prezident fərman imzaladı
- COP29 vaxtı restoran və gözəllik salonları bağlanacaq? - Rəsmi
- Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi
- Toy karvanında avtoşluq edib, yayanlar 500 manat cərimələndi
- Ölkədə bu hadisələr 80% azalıb – Hərbi prokuror
- Heydər Əliyev prospektindəki zəncirvari qəzanın - Videosu