Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Laçında 4 azərbaycanlı hərbçinin həlak olması ilə bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.
“Dörd Azərbaycan hərbçisinin xidməti vəzifələrini yerinə yetirərkən faciəli şəkildə həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Onların ailələrinə, dostlarına və həmkarlarına başsağlığı verirəm”, - Mixalko yazıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun 4 hərbçisi xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən həlak olub.
- Eldar Əzizov müşavirə keçirdi
- Bakıda avtomobillərdən oğurluq edənlər saxlanıldı
- Güclü külək əsəcək – Sarı xəbərdarlıq
- Rasim Balayev vəfat etdi
- Sabahın hava proqnozu açıqlandı
- Binəqədidə anbar yanır
- Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
- Faktiki hava – Bu ərazilərə qar yağdı