İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü
- Həmid Qasımov tələbəyə yüksək vəzifə verdi - Foto
- Ərəb ölkələri fövqəladə iclas keçirəcək
- Anar Əliyev Türkiyədə Bacarıqlar Sammitində iştirak etdi
- Abşeronda Zərifə Əliyevanın 103 illiyi qeyd edildi