Rusiya Ermənistanda Baş nazir Nikol Paşinyana alternativ lider tapa bilmir.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq xatırladıb ki, Ermənistan Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustindən tutmuş, tənqid etdikləri Belarus lideri Aleksandr Lukaşenkoya qədər siyasətçilər var:
"Rusiyanı idarə edənlərin Paşinyanı təbrik etmələri radikal müxalifətlə mübarizədə Ermənistan hökumətinin mövqelərini gücləndirir. Ermənistanın radikal müxalifət təmsilçiləri son açıqlamalarında Qərb ölkələrini tənqid etməyə başlayıblar, ancaq arxalandıqları Rusiyadan da real dəstək ala bilmədilər. Çünki zəifdirlər.
Kremlin Paşinyandan xoşu gəlməsə də, Ermənistanda ona alternativ siyasətçi tapa bilmir, keşiş Baqrat Qalstanyan da işə yaramadı. Buna görə də Kreml hələlik Paşinyanla yola davam etmək qərarı verib”, - ekspert vurğulayıb".
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- "Azercell" onlara 5 GB internet hədiyyə edir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video
- Prezident daha bir fərman imzaladı
- Hikmət Mirzəyev türkiyəli generalla görüşdü