Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 31 may 2024-cü il tarixli sərəncama əsasən Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Malik Rzayevə həvalə olunub.
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- FHN-in təşkilatçılığı ilə Ağdamda tədbir keçirildi - Video
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- "Azercell" onlara 5 GB internet hədiyyə edir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video