Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduqlarına görə “Saxla” işarəsi verilən 36 BK 066, 36 BM 066 və 99 XT 941 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobillərinin sürücüləri, Biləsuvar rayon sakinləri - Qalib Ağayev, Elman Məmmədov və Pərvin Bayramov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdiriblər.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində avtomobillər saxlanılıb. Araşdırma zamanı məlum olub ki, hər üç sürücü nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə etdiklərinə görə polisin qanuni tələbinə tabe olmayaraq yayınmağa çalışıblar.
Bununla bağlı sürücülər barəsində qanunvericiliyə uyğun protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- "Azercell" onlara 5 GB internet hədiyyə edir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video