Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən Tədbirlər planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirmə xarakterli tədbir keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdə Nazirliyin müvafiq vəzifəli şəxsləri və FHN Akademiyasının kursantları iştirak edib.
Tədbirdə FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev “BMT-nin İqlim Dəyişikliyi Konfransı” mövzusunda geniş təqdimatla çıxış edib.
Təqdimat zamanı Ə.Quliyev iqlim dəyişmələrinin başvermə səbəbləri və bunun minimuma endirilməsi üçün Azərbaycan Respublikasının səyləri barədə geniş məlumat verərək, Bakı şəhərində keçiriləcək COP29 ilə əlaqədar nüvə və radiasiya təhlükəsizliyi sahəsində Agentliyin gördüyü işlər haqqında ətraflı danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir