İdmançı Kamil Zeynallıya və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda son sözlə çıxış edən təqsirləndirilən E.Ağayev məhkəmədən ona bəraət verilməsini xaiş edib.
Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Ev tikintisi ilə məşğul olan E.Ağayev ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan suiistifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib. E.Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib. E.Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. O, zərərçəkmişlərə ev tikmək üçün söz versə də, sonradan yığılan məbləği mənimsəyib.
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- Malların gömrük dəyəri manatla bəyan ediləcək