İranın Rəzəvi Xorasan əyalətinin Əhmədabad bölgəsində silahlı qarşıdurma yaşanıb.
BUTA.TV “Mehr”ə istinadla xəbər verir ki, bu barədə əyalətin polis rəisinin müavini Əhməd Nigəhban məlumat yayıb.
Onun sözlərinə görə, qarşıdurma iki silahlı qruplaşma arasında baş verib.
Atışma nəticəsində ümumilikdə 28 nəfər - 8 qruplaşma üzvü, 19 mülki şəxs və 1 polis əməkdaşı xəsarət alıb.
Hadisə ilə əlaqədar 19 nəfər saxlanılıb, odlu silahlar götürülüb.
Yerli mənbələrin yaydığı məlumatda isə hadisəyə səbəb kimi yeniyetmə qıza qarşı qeyri-etik hərəkətlərin edilməsi göstərilir.
- Prezident və ailəsinin Qəbələdən səmimi - Fotosu
- Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
- Yetirmişli açıqladı: Zəlzələdən dərhal sonra...
- Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident
- Türkiyə F-16-ları Azərbaycanda - FOTO
- 25 kənd və 1 qəsəbədə qaz olmayacaq
- Altı aya rəsmiləşdirilməyən maşınlar dövlətə keçəcək
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq