Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində ağır yol qəzası baş verib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Əliağa Vahid küçəsindən “Qurtuluş 93” yaşayış massivi istiqamətində hərəkətdə olan 525 saylı xətt üzrə “Daevoo” markalı marşrut avtobusu piyadanı vurub.
İzmail Ramazanovun idarə etdiyi avtobusun altında qalan qadın ağır xəsarətlərlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalardan sonra ölən qadının 1966-cı il təvəllüdlü Reyhan Boran qızı İmanova olduğu müəyyən edilib.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, mayın 23-də oxşar hadisə baş vermişdi. Bakı şəhəri Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb ölmüşdü.
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - Video
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik
- Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı: “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
- Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…