Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzi Ermənistanda baş verən daşqınlar fonunda Daxili İşlər Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi ilə daim əlaqə saxlayır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Mərkəz rəhbərliyi Ermənistan DİN Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi, eləcə də Lori və Tavuş vilayətlərində daşqınların nəticələrinin tezliklə aradan qaldırılması üzrə qərargahla daimi əlaqə saxlayır. Rusiyanın İrəvandakı səfirliyi və Gümrüdəki baş konsulluğu Ermənistan Xarici İşlər Nazirliyi, Lori, Tavuş və Şirak vilayətlərinin rəhbərliyi ilə mümkün əlavə yardımın göstərilməsi və zərərçəkmişlər arasında Rusiya vətəndaşlarının olub-olmaması ilə bağlı əlaqə saxlayır”, - Zaxarova bildirib.
XİN rəsmisi qeyd edib ki, Rusiya Ermənistanın başına gələn təbii fəlakətlə əlaqədar qardaş erməni xalqına səmimi qəlbdən başsağlığı verir və zərərçəkənlərin tezliklə sağalmasını arzulayır.
Qeyd edək ki, güclü yağış və leysanlar Ermənistanda ciddi dağıntılara yol açıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 2 nəfər itkin düşüb.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik