Mənə dəli deyə bilərlər, amma məni Allah göndərib.
BUTA.TV xəbər verir ki, bunu üçüncü müddətə yenidən seçilmək istəyən Hindistanın Baş naziri Narendra Modi NDTV telekanalına müsahibəsində deyib.
“Bəziləri məni dəli adlandıra bilər, amma əminəm ki, Paramatma (Tanrı) məni bir məqsəd üçün göndərib. Məqsəd əldə olunandan sonra mənim işim tamamlanacaq. Buna görə də özümü tamamilə Allaha həsr etmişəm”, - Modi bildirib.
Baş nazir onu da deyib ki, Allah işlərində ona rəhbərlik edir, lakin bütün “kartlar”ını açmır:
“Mən ondan nə olduğunu soruşmaq üçün birbaşa ona zəng edə bilmərəm".
Qeyd edək ki, 73 yaşlı Modinin rəhbərlik etdiyi hakim millətçi Bharata Canata Partiyasının (Hindistan Xalq Partiyası) qalib gəlmək şansı yüksəkdir. Seçkinin nəticələri iyunun 4-də məlum olacaq.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik