Türkiyədə bütün partiya rəhbərliyi açıqlamalarında yeni konstitusiya tələblərini irəli sürürlər. Bunun 1982-ci ildə qəbul edilən konstitusiya qalıqlarından xilas olmaq və qiyamçı zehniyyətdən qurtulmaq üçün böyük fürsət olduğunu dilə gətirirlər.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş jurnalistlərə açıqlamasında deyib.
“Cümhuriyyətin ikinci əsrində qarşıya məqsəd qoyulub və Türkiyənin daha güclü bir ölkə olması üçün yeni bir dövr başlayıb. Bu mövzuda hökumətin və TBMM-nin üzərinə mühüm vəzifələr düşür. Hərbi çevriliş düşüncəsini bir kənara buraxaraq, azad, əhatəli, demokratik bir konstitusiya qəbul etmək əsasən məsuliyyət və öhdəlik tələb edir. Bu, TBMM üçün də çox vacib məsələdir”, - Qurtulmuş bildirib.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik