Uçan maşınların Azərbaycanda olması üçün heç bir maneə yoxdur.
Bu sözləri BUTA.TV-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
“Hesab edirəm ki, bu maşınlardan daha çox turistik ərazilərdə və yaxud iki şəhər arasında marşrut kimi istifadə edilə bilər. Hələlik uçan maşınların Bakıda gündəlik taksi kimi fəaliyyəti mümkün deyil, bunun reallaşması uzun illər aparacaq”, - E.Cəfərov bildirib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, uçan maşın Azərbaycana on illər sonra gəlib çıxa bilər:
“Bu texnologiyanın istehsalı ilə məşğul olan ölkələr də tərəddüd içindədir. Azərbaycan reallığı ilə baxsaq, bu kimi layihələrin hazırda tətbiqi mümkün deyil – bu, infrastruktur, onunla davranış məsələləridir. Əslində dünyanın heç bir ölkəsi buna tam şəkildə hazır deyil. Bu proses vaxt aparacaq”.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik