Ermənistan Baş naziri Nikol Paşinyan təhlükəsizlik qüvvələri ilə məsləhətləşib və son anda xalqa müraciətindəki mətnin mühüm hissəsini çıxarıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “ArmLur.am” nəşri məlumat dərc edib.
Nəşrin iddiasına görə, Paşinyan öz müraciətində əslində hazırlaşdığı məsələlərdən başqa hər şeydən danışıb.
“O, delimitasiyaya mane olan qüvvələrdən, hətta fövqəladə vəziyyət elan etmək istəyindən də danışmağa hazırlaşırdı. Lakin son anda təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşib və onlar fövqəladə vəziyyətin tətbiqi ideyasından danışmamağı məsləhət görüblər. Beləliklə, Paşinyan xalqa mesajının böyük hissəsini “Vətən uğrunda” hərəkatına həsr etmək niyyətində olsa da, son anda fikrindən daşınıb və mətnin bu hissəsini hazırladığı yazılı müraciətdən çıxarıb. Eyni zamanda Paşinyan açıq siqnal verib ki, bazar günü keçiriləcək mitinqdə nə qədər adam toplaşsa da, nəyin bahasına olursa-olsun delimitasiya prosesini başa çatdıracaq”, – nəşr yazıb.
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...
- Yasamalda binada yanğın: mənzil sahibi öldü - VİDEO
- Sumqayıtdakı bu xəstəxana boşaldılır - Foto
- Birinci sinfə qəbulla bağlı yenilik...
- Toyuq paketlərindəki gizli təhlükə - Video
- Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - VİDEO
- Yuxarı sinif şagirdləri ilə bağlı yenilik