Ölkənin ilk rəqəmsal bankı Birbank taksit kart sahibləri üçün daha bir yenilik təqdim edir.
Belə ki, artıq Ninja təklifi yalnız SMS vasitəsilə deyil, həm də Birbank mobil tətbiqi üzərindən də istifadəyə açıqdır.
Bunun üçün tətbiqin “Daha çox” hissəsindəki "Ninja" səhifəsinə daxil olmaq və siyahıda olan istənilən ödənişi aylara bölmək kifayətdir. Həmçinin müştərilər "Tarixçə" bölməsində də Ninja təklifi üçün uyğun əməliyyatlar olduqda bu haqda bildiriş görəcəklər.
Onu da qeyd etmək lazımdır ki, Birbank taksit kartları ilə edilən birdəfəlik ödənişləri (POS-terminal vasitəsilə edilən birdəfəlik və onlayn ödənişlər), nağdlaşdırma və köçürmə əməliyyatlarını Ninja təklifi ilə müəyyən komissiya qarşılığında 2, 3, 6 və ya 12 aylıq hissələrə bölmək mümkündür.
Xidmətdən faydanlamaq istəyən müştərilərə tətbiqin ən son versiyanı yükləmələri tövsiyə olunur. Təklif əməliyyatdan sonrakı ilk 24 saatı əhatə edir.
Ətraflı məlumat üçün: https://kbl.az/njpr
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü
- Bu yolda sürət həddi endirildi
- "Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Məşhur meyxanaçının qızı “Beniz”in məhkəməsində ifadə verdi: “Adımdan yazılanlara...”
- Azərbaycanlı sürücülərin nəzərinə: Rusiyadan yeni qərar...