Ermənistan və Azərbaycan mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqlarını saxlayır, lakin sənədin mətninin razılaşdırılması istiqamətində işlər davam edir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
“Ermənistan münasibətlərin nizamlanması və sülh haqqında saziş imzalamağa və həyata keçirməyə hazırdır. Azərbaycanın mövqeyinə gəlincə, əvvəllər dediyimiz kimi, hələ də bəzi fikir ayrılıqları var. Ümidvarıq ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam etdirilir. Hər görüşdə biz iki tərəfin mövqelərini bir-birinə yaxınlaşdırmağa çalışırıq”, - o bildirib.
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək
- Bakıda 500 minlik dələduzluq: makler saxlanıldı - Foto
- Xaricdə gizlənən azərbaycanlılar saxlanıldı
- Yevlaxda 10 yaşlı qız faciəvi şəkildə öldü