Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanın mayın 23-də rəsmi qarşılanma mərasimi olub.
Axar.z xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi
- Şuşaya gedən ailə qəzaya düşdü: ölən var
- Bakı metrosu 5 gün bu rejimdə işləyəcək