Gürcüstanın “Xarici agentlər haqqında” qanunu qəbul etməsi səbəbindən AB ilə vizasız rejimin dayandırılması ideyası qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
“Bu ritorika qəti şəkildə qəbuledilməzdir. Ölkəmizin vizasız rejimi niyə dayandırılmalıdır? Çünki Gürcüstanda ölkənin mütləq əksəriyyətinin seçdiyi parlament ölkə üçün zəruri və vacib qanunlar qəbul edir? Tərəfdaşlarımız olan Qərbdən eşitdiyimiz bəyanatlar qətiyyən qəbuledilməzdir. Gürcüstan dostluğa, əməkdaşlığa və tərəfdaşlığa, sağlam münasibətlərə hazırdır. Respublika artıq öz səmərəli addımları ilə etibarlı tərəfdaş olduğunu sübut edib”, - Kaladze bildirib.
Qeyd edək ki, “Faynənşl Tayms” nəşri bir sıra AB ölkələrinin Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlər görməkdə, o cümlədən Tiflislə vizasız rejimin dayandırılmasında israrlı olduqlarını yazmışdı.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü