Xəbər verdiyimiz kimi, 25-26 may şənbə-bazar, 28 may isə Müstəqillik Günü ilə bağlı qeyri-iş günüdür.
BUTA.TV xəbər verir ki, “Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: “Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər”.
Bu qanuna müvafiq olaraq Nazirlər Kabinetinin 27 may iş günü ilə 25 may qeyri-iş gününün yerini dəyişəcəyi və 26-28 may tarixlərində ardıcıl 3 gün qeyri-iş günü elan ediləcəyi ehtimalı artıq bir müddətdir ki, mediada səsləndirilir.
Adətən Nazirlər Kabineti bu qərarını bir neçə gün öncədən elan edir.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Nazirlər Kabinetindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, artıq həftənin 3-cü günü olmasına baxmayaraq, bununla bağlı hələlik heç bir qərar qəbul olunmayıb.
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü