Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın erməni kilsəsinin vergi verməsi ilə bağlı açıqlamasını şərh edib.
BUTA.TV xəbər verir ki, Zaxarova bu barədə özünün Teleqram kanalında yazıb.
“Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib: “Kilsənin niyə vergi vermədiyini müzakirə etmək lazımdır və ümumiyyətlə, hüquqi nöqteyi-nəzərdən bir daha nəzərdən keçirmək lazımdır ki, əli öpülən bir keşiş vergi ödəyən, orduya silah-sursat alan adi iş adamından yüksək nə edir?” Eyni zamanda, Ali Radada “Avropa Həmrəyliyi” fraksiyası və Pyotr Poroşenko Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması məsələsinin yenidən gündəmə gətirilməsini tələb edirlər. Niyə qərblilərin yemləməyə başladıqları adamlar sözün əsl mənasında şeytanlaşırlar?!” - Zaxarova bildirib.
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü