İsrail Fələstin dövlətçiliyinin tanınması ilə bağlı İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrail Katz məlumat verib.
“Mən İrlandiya və Norveçin Fələstin dövlətinin tanınmasını elan etmək qərarından sonra bu ölkələrdəki səfirləri məsləhətləşmələr üçün dərhal İsrailə qayıtmağı əmr etmişəm. İrlandiya-Norveç axmaqlığı bizi dayandıra bilməyəcək. Vətəndaşlarımıza təhlükəsizliyi vermək, HƏMAS-ı aradan qaldırmaq və girovları evlərinə qaytarmaqla bağlı məqsədlərimizə çatmaqda qərarlıyıq. Bunlardan daha ədalətli məqsəd yoxdur”, - Katz bildirib.
Nazir bildirib ki, Dublin və Oslonun yolu ilə gedəcəyi təqdirdə, İspaniyaya qarşı da analoji addım atacaqlar.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Qeyd edək ki, İspaniya, Norveç və İrlaniya mayın 28-də Fələstin dövlətini tanıyacaqlarını bəyan edib.
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi