Bir sıra AB ölkəsi Tiflisin “Xarici agentlər haqqında” qanunu qəbul etməsinə cavab olaraq Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsində israrlıdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” rəsmilərə istinadən məlumat yayıb.
“Niderland, Çexiya, İsveç və Estoniya gələn həftə AB xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə antigürcüstan sanksiyalarının tətbiqi imkanlarını müzakirə etmək təşəbbüsü ilə çıxış edir. Müzakirə üçün təklif olunan tədbirlər arasında Gürcüstan vətəndaşlarına AB-yə vizasız rejimin ləğvi, məqsədyönlü sanksiyalar və AB-nin vəsaitlərinin dondurulması da var. Avropa paytaxtlarında Gürcüstan hökumətinə qarşı müxtəlif təzyiq tədbirləri də nəzərdən keçirilir”, - məlumatda deyilir.
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi