Zəngilan rayonunun Mincivan qəsəbəsinə birinci mərhələdə 3 min 146 nəfər köçürüləcək.
BUTA.TV xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Mincivan qəsəbəsinin sahəsi 301,51 hektardır:
“2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 fərdi ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
“Qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq”, - İ.Rzayeva qeyd edib.
Şöbə müdiri onu da vurğulayıb ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır:
“Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 fərdi ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi nəzərdə tutulur”.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 18-də Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub.
- Kəmaləddin Heydərov Özbəkistanda səfərdə... - Video
- Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
- KİA-dan oğurluq etdi – Anbaan video
- İlham Əliyev fərman imzaladı
- AZAL-ın gənc pilotları təlimdə iştirak üçün Avropaya yollandı
- Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
- FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama