Aparıcı Zaur Baxşəliyev Türkiyədən gələn bəzi müğənnilərdən danışıb.
BUTA.TV olay-a istinadla xəbər verir ki, o, “Zaurla Günaydın” verilişində deyib: “Niyə gətirməliyəm?! Azərbaycandakı müğənnilərə nə olub?! Camaatı əlil arabasında gətirib cibinə milyon qoyurlar. Adam tökülür, yoxdur. Serdar Ortaçı gətiriblər, səhnədə yeriyə, oxuya bilmir. Yazıqdır, onu nəyə gətiriblər?! Get, otur evində.
Bizim ayaq üstdə duran, səhnəni silkələyən müğənnilərimiz konsert versə, o həvəslə getmərik. Adamı hava limanından əlil arabasında çıxarırlar. Yenə də konsertinə gedirlər. Bu insanlar Türkiyədə bitib, yoxdurlar. Dövrləri bitib. Onlara niyə əziyyət verirlər?! Sənətkardır, orada da qalsınlar da”.
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
- Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni biabırçı bəyanat