Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi
- “Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert