Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün iyun ayında Kiyevə gizli səfərini şərh edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində deyib.
“Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri ilə ünsiyyətim həmişə pərdə arxasında olmalıdır. Biz vacib məsələləri - Ukraynanın nəyə ehtiyacı olduğunu və Ukraynanın necə hərəkət etməyə hazırlaşdığını müzakirə etdik. Ukrayna hakimiyyətinin MKİ-dən heç bir sirri yoxdur. Bizim yaxşı münasibətimiz var və kəşfiyyat xidmətlərimiz bir-biri ilə əlaqədədir. Vəziyyət olduqca sadədir. Bizə lazım olan bütün vacib döyüş prosesləri barədə ona məlumat verdim”, - Zelenski bildirib.
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video
- Məktəblərdə tətil vaxtı dəyişdi - Rəsmi
- Prezident Natiq İbrahimovu bu universitetə rektor təyin etdi
- Naxçıvanda yüksəkvəzifəli şəxs işdən çıxdı
- Bakıdakı bəzi məktəblərdə tədris distant formada olacaq