Bakı şəhər Nərimanov rayonunun ərazisində yerləşən “Şəhər Bağları” yaşayış kompleksinin bir qrup sakini arasında insident yaşanıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, kompleksdə yaşayan 73 yaşlı Tofiq Hüseynov həyətdə gəzərkən qəfil hücuma məruz qalıb. Sakinlərin bildirdiyinə görə, T.Hüseynov axşam saatlarında həyətdə olarkən onunla eyni kompleksdə yaşayan Aydın Hüseynov tərəfindən bıçaqla hədələnib. O, qonşusunun əlində bıçaq ona tərəf gəldiyini görüb. Qaçıb uzaqlaşmaq istəyərkən A.Hüseynovun kürəkəni Məharət Hüseynli onu vuraraq yıxıb. Yerdə uzanıqlı vəziyyətdə olan T.Hüseynova zərbələr endirib. Bu zaman Tofiq Hüseynovun oğlu atasına kömək etmək istəyərkən o da Məharət Hüseynli tərəfindən vurulub.
M.Hüseynlinin zərbə endirdiyi 73 yaşlı sakin xəstəxanaya yerləşdirilib. T.Hüseynov başından yüngül travma alıb, sol çiyni əzilib, qulağı kəsildiyi üçün tikiş qoyulub. Yaşayış kompleksinin digər sakinləri və mühafizə xidmətinin işçiləri də hadisəyə şahidlik ediblər. Mühafizə polisinin mübahisəyə müdaxiləsindən sonra ortalıq sakitləşdiyi deyilir. Ancaq daha sonra M.Hüseynli və A.Hüseynovun yenidən qonşularla şiddətlə mübahisəyə başladığı bildirilir.
Məsələ ilə bağlı Məharət Hüseynli açıqlama verib. O xəbəri təkzib edib:
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
“Xeyr, belə bir hal yoxdur. Görüntülərdə nə olduğunu bilmirəm”,- deyə Məharət Hüseynli deyib.
Qeyd edək ki, Məharət Hüseynli hüquqşünasdır. Onun Sumqayıt Aşqarlar ASC”-də, EL OİL LLC-də və EL HOLDİNG – də hüquqşünas olduğu bildirilir. Həmçinin Məharət Hüseynli “Avtomotisevis” ASC-nin baş direktorudur.
Yazıda adları çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video
- Məktəblərdə tətil vaxtı dəyişdi - Rəsmi
- Prezident Natiq İbrahimovu bu universitetə rektor təyin etdi
- Naxçıvanda yüksəkvəzifəli şəxs işdən çıxdı
- Bakıdakı bəzi məktəblərdə tədris distant formada olacaq