Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, “Bez Tormozov” Teleqram kanalı Kazandan olan ailə - Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.
Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi antiazərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir.
“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunurub”, - məlumatda bildirilib..
Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər