Tanınmış iranlı rəssam və sənətçi Xosrov Həsənzadə saxta ispirtli içkidən zəhərlənərək həyatını itirib.
Kult.az xəbər verir ki, bu barədə İran Rəssamlar Birliyinin İdarə Heyətinin sədri Əmir Rad məlumat yayıb.
Məlumata görə, spirtli içkidən zəhərləndiyi üçün Tehranda xəstəxanaya yerləşdirilən Xosrov Həsənzadə bir həftə komada qalıb. Komadan ayıla bilməyən rəssam iyulun 2-də 60 yaşında vəfat edib.
Qeyd edək ki, Həsənzadə İranda ən çox tanınan rəsamlardandır. Onun dünyanın müxtəlif ölkələrində rəsm əsərlərindən ibarət çoxsaylı sərgiləri keçirilib.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər