Bu gün Azərbaycan polisi özünün 105 yaşını qeyd edir. 2 iyul 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanının təsis olunduğu gün ölkəmizdə Polis Günü kimi qeyd olunur.
BUTA.TV xəbər verir ki, BMT-nin hesabatına əsasən, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 290 polis düşür. Bu göstərici Rusiyada 509, Yunanıstanda 491, Fransada 369, Ukraynada 355, Türkiyədə 321, Almaniyada 301, Böyük Britaniyada 257, ABŞ-da 233, Yaponiyada 197 təşkil edir.
Beləliklə, Azərbaycanda polisin sayının çox olduğu haqda iddialar həqiqətdən çox uzaqdır.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər