Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.
Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksinqçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretskaya və Tural Ağalarzadə hamıdan güclü olmağı bacarıblar.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər