Fransanın İl-de-Frans regionunun paytaxtı olan Lay-le-Roz şəhərinin meri Vinsent Janbryunun evinə hücum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Janbryun Tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:
“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.
Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman özü meriyanın binasında olub.
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər