Azərbaycan ordusunun Qarabağda separatçıların təxribatına cavab addımları nəticəsində erməni terrorçular məhv edilib.
Separatçıların Vaşinqtonda üçtərəfli görüşün keçirildiyi vaxt təxribata əl atması “reinteqrasiya mümkün deyil”, “Azərbaycan ermənilərə hücum edir” görüntüsü yaratmağa hesablandığı bəllidir. Bakı isə cavab tədbirləri ilə ümumiyyətlə separatçıların “tərəf” edilməsi məsələsini qəbul etmədiyini, eyni zamanda, ABŞ-ın dəstəklədiyi reinteqrasiyasını pozanların kim olduğunu göstərdi.
Azərbaycan separatçılara təslim olacaqları təqdirdə amnistiya təklifi irəli sürmüşdü, bunu Vaşinqton dəstəkləmişdi. Əliyev amnistiya istəyinin beynəlxalq danışıqlarda gündəmə gəldiyini deyirdi, istisna deyil ki, məsələnin bu cür qoyuluşunu istəyənlərdən biri də ABŞ olub. Vaşinqton danışıqları vaxtı Qarabağda baş verənlər Bakıya imkan verir ki, ABŞ administrasiyasına separatçıların amnistiya istəmədiyini və mümkün antiterror əməliyyatlarının həm də Vaşinqtonun gündəliyinə uyğun olduğunu izah etsin. Bu baxımdan, Qarabağda baş verənlər siyasi müstəvidə də Azərbaycanın xeyrinədir.
Erməni terrorçuların Ağdərə və Xocavənddəki mövqelərinə zərbələrin endirilməsi isə hərbi müstəvidə mümkün perspektivi ön plana çıxarır: qanunsuz erməni silahlı dəstələrinin mövqeləri əsasən bu bölgədədir, onların çıxarılması öhdəliyi icra edilmirsə, Bakının praktiki addımları xüsusilə bu istiqamətdə ola bilər; bu istiqamətdə mümkün praktiki addımlar Xocalının nəzarətə götürülməsinin də yolunu aça bilər.
Separatçıların reinteqrasiyanın önünü kəsməsi, amnistiyadan imtina etməsi və təxribatları genişləndirməsi Qarabağ məsələsində artıq diplomatların yox, hərbçilərin danışmasını zərurətə çevirir.
- Gəncə və Göygöldə qanunsuz tikililər söküldü - Video
- Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto
- Əhalinin ərzaq xərcləri 55%-ə çatdı – Bahalaşmanın səbəbi...
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb