“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin yeni açıqlama ilə çıxış edib.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin sosial media hesabında məlumat yayılıb.
“Hərbi rəhbərliyin döyüşçülərə yalan məlumat verdiyi yerlərdə döyüşlər gedir və buna görə də atışmalar baş verir. Əsgərlər bizi, Milli Qvardiyanı və polisi qarşılayan yerdə sevinclə əllərini yelləyir və çoxları deyir:
“Biz də sizinlə getmək istəyirik”. Artıq bizə qoşulan 60-70 nəfər var. Düşünürəm ki, ordunun yarısı bizimlə getməyə hazırdır”.
Qeyd edək ki, “Vaqner” şirkətinin 25 min döyüşçüsünün Rostovu ələ keçirdiyi, Moskvaya doğru hərəkət etdiyi bildirilir.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı