Rusiya sülhməramlılarının ərzaq təminatı Ermənistandakı rus hərbi bazasından təmin olunur. Ona görə də onlar təminat üçün Azərbaycan tərəfi ilə danışıqlar aparırlar.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə erməni mediası çıxış edib.
Bildirilir ki, Azərbaycan humanitar jest edərək, rus sülhməramlılar və Xankəndidəki erməni əhalinin bütün ehtiyaclarını qarşılamağa hazır olduğunu (ərzaq və digər zəruri malların Ağdamdan ala biləcəkləri barədə Bakının rəsmi şəkildə təklif verdiyi məlumatı çoxdan yayılıb – red.) elan edib.
“Amma ruslar indiyə qədər bu təklifi dəyərləndirməyiblər. Mənbəmizin sözlərinə görə, buna görə yuxarıdan (Rusiya MN-dən – red.) əmr gözləyirlər. Məsələ burasındadır ki, problem ərzaq və ya yanacaq deyil, daha çox siyasidir. Azərbaycandan ərzaq tədarükü isə Azərbaycanla inteqrasiya yolunda daha bir addım deməkdir”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, 15 iyunda ermənilər “Laçın” postunda Bayrağımızı asmağa çalışan DSX hərbçiləri və rus sülhməramlılarını atəşə tutub, nəticədə bir hərbçimiz yaralanıb. Bundan sonra təxribatın səbəbkarı tapılana və cəzalandırılana qədər “Laçın” sərhəd-buraxılış məntəqəsi keçid üçün tam bağlanıb.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı